UEFA Çempiyonlar Liqası yarımfinalında "Atletiko" və "Real" arasında keçrilən oyundan əvvəl fanatlar arasında qarşıdurma yaşanıb. "Qaynarinfo" xəbər verir ki, hadisə zamanı "Real"ın 12 azarkeşi xəsarət alıb.

"Visente Kalderon" stadionunda keçrilən oyunda "Real" tərəfdarları üçün 2600 nəfərlik yer ayrılıb. Bütün təhlükəsizlik tədbirlərinə riayət olunmasına baxmayaraq, qonaq fanatların stadiona gəlişi ajiataj yaradıb. "Real" azarkeşlərinin olduğu avtobus "Atletiko" fanatları tərəfindən şüşə parçaları və daşlarla hücuma məruz qalıb.

Nərmin

Qaynarinfo.Az