Açılış Olimpiya stadionunda keçirilir

Bir neçə dəqiqə əvvəl Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyini rəsmən elan etdi. IV İslam Həmrəyliiyi Oyunlarının açılış mərasimi başlayıb. İstiPress-in Açılış yerində - Olimpiya stadionunda olan müxbirinin verdiyi məlumata görə, mərasim möhtəşəm şou ilə başlayıb. Murad Dadaşovun aparıcılığı ilə başlayan açılışdı bir-birini əvəz edən maraqlı nömrələrin olacağı gözləninlir. Açılışda yerli və xarici məhşurlar da çıxış edəcəklər.

Q!eyd edək ki, IV  İslam Həmrəyliyi oyunları 14 məkanda keçiriləcək. Bunlar, Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və digərləridir. 

Qaynarinfo.Az