Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.

"Qaynarinfo" xəbər verir ki, bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.

İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Qaynarinfo.Az