Nizami Gəncəvi yaxşı deyib: "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Xeyr, söhbət artıq sudan getmir, bu dəfə söhbət artıq dozadan gedir. Həm sənətində, həm şəxsi həyatında, həm də öləndə dozanı aşmış insanlar var ki, gəlin onları bir-bir sıralayaq.

Merlin Manro


"Dünya 3 günlükdü" deyib kef edənlərdən olan Manronun dünyası iki gün çəkdi. 1964-cü ildə dozanın artıqlığı başına o qədər vurur ki, Manro prezident Kennidinin bacısının ərinə zəng edərək deyir: "Mənim yerimə prezidentlə də, Petlə də sağollaş. İmkanın olsa, mənim yerimə özünlə də sağollaşarsan,, çünki  sən bomba oğlansan".

Bundan sonra Manronun şəxsi doktoru onu otağında ölmüş vəziyyətdə tapır. Səbəbini məncə artıq bildiniz. Bu hadisə təkcə Manronun yox, onun yüzlərlə fanatının ölümünə də səbəb olur. Bu fenomen “verter effekti” adlandırılır.

Elvis Presli


Krallar da ölür. Belə ki, Elvis Presli musiqi dünyasının kralı idi. O özünü narkoman saymırdı. Deyirdi ki, mən daha yaxşı musiqi yaratmaq üçün nədənsə istifadə etməliyəm. Hüseyin Dərya da elə deyirdi. Konsertlərinə də kefli çıxan Elvis bəzən mahnının sözlərini unudurdu. Jinjer Olden adlı yeni rəfiqəsi ilə nişanlanmağa az qalmış, qız onu vanna otağında həyat əlamətlərini itimiş halda tapır. Yazıq qız kralla evlənib kraliça olacaqdı...

Kurt Kobeyin


Nirvana qrupunun məşhur solisti Kurt Kobeyinin ölümü haqqında yaxşı bir dedektiv əsər yazmaq olar. 1994-cü ilin 5 aprelində Kobeyin Sietledəki evinin qarajında 3 gün ölü qaldıqdan sonra evə təhlükəsizlik sistemini düzəltməyə gələn usta tərəfindən tapılır. Qanından 200 ml geroin çıxan məşhur solistin onsuzda sağ qalma kimi şansı olmasa da, o özünü həm də silahla vurmuşdu. Bununun səbəbi hələ də məlum deyil. Uşaq yaşlarından narkotik qəbul etməyə başlayan Kobeyin öncə qrup üzvləri ilə birgə marixuana qəbul etmiş, daha sonra isə geroinə keçmişdi. O həyat yoldaşı aktrisa Kortni Lavla birgə bunu qəbul etmələrinə baxmayaraq, qızları sağlam olaraq dünyaya gəlir.

Emi Vinehouse


Britaniyalı müğənni Emi 27 yaşında, 2011-ci il 23 iyulunda Londonda yerləşən evində ölü tapılmışdı. Çox qısa müddətdə yaradıcılığı ilə şöhrət qazanmasına baxmayaraq, alkoqol və narkotik bağımlısı olan Emi bir müddət müalicə də alır. Gənc xanım 2011-ci ildə Avropa turuna çıxır. Hər şey elə burada başlayır. Belqradda konsert başlayanda o konsertdə olduğunu unudur. İlk olaraq, Afinanı Belqradla qarışdırır. Davamında isə mahnılarının heç birini sona kimi oxuya bilmir. Sözlər yadından çıxır. Müğənninin intihar edib-etməməsi barədə dəqiq məlumat verən yoxdur. Lakin məlum olur ki, onun qanındakı narkotik 5 dəfə artıq olur.  

Brain Jones


Levis Brayn Hopkins Yones Rollinq "Stones" qrupunun qurucularından biridir. İngilis müğənni qrupun məşhurlaşmasında önəmli yer tutub. Zamanla qrup əvvəlki məşhurluğunu itirir. Mik Yagger və Keyt Riçardsın kölgəsində qalmağa başlayır. Bu enişlə barışmayan Brain 1969-cu ildə qrupu tərk edir. Evinin hovuzunda yüksək doza qəbul edən müğənni dünyayala sağollaşır. Brain ölərkən 27 yaşında idi.

Jimi Hendriks


Dəhşətli ölümü ilə tanınan Conni Allen "Jimi" Hendriks amerikalı gitarist, müğənni, bəstəkar və rokun krallarından sayılırdı. Əvvəlcə İngiltərədə məşhurlaşan Jimi  əsəsən, 1967-ci ildə keçirilən "Monterey Pop Festivalı"nda dünyaca məşhur oldu. Jimi həm də solaxay idi. Bu cür istedad sahibi Londonda yerləşən Səmərqənd otelində yüksək dərəcəli narkotik və alkoqolun təsirindən qusub  və elə qusmağında boğulub ölüb.

Sid Vicius


Əsl adı Con Simon Ritçedir. Britaniyalı musiqiçi "Seks Pistols" qrupunun baş gitaristi olan Punk mədəniyyətinin önəmli simalarından biridir. Nə az, nə çox deyərdim, amma az deməyə məcburam, çünki 21 yaşında Nyu Yorkda yerləşən "Greevich Villaje" otelində yüksək dozda qəbul etdiyi geroindən komaya düşərək ölüb.

Brad Renfro


ABŞ-ın gənc aktyoru Bred Renfro hələ 11 yaşında olarkən uşaqları uyuşdurucudan uzaqlaşdırmaq üçün nəzərdə tutulan bir filmdə aktyorluq etməyə başlayır. Bir polisin kəşfi ilə film studiyasına məsləhət görülən gənc aktyor "Tom and Huck", "Sleepers", "The Cure" filmlərində rol alır və elə bu filminə görə "Young star"  mükafatını alır. Gənc aktyor karyerasına uyuşdurucu əleyhinə filmlə başlamağına baxmayaraq, özü 25 yaşında onun qurbanı olur. 

Uitni Xyuston


415 mükafat almış, İlahi səsə malik olan mələk kimi tanınan Xyuston 11 fevral 2011-ci ildə dünyasını dəyişdi. "Beverli Hilton" otelində vannada boğulan Xyustonun cəsədində polislər heç bir iz tapmamış, lakin ürək xəstəliyi və kokaindən öldüyü açıqlandı. Bu aslılığına görə Xyuston borc içində yaşayırdı. Bir müddət müalicə alan müğənni albom çıxartdı və maddi vəziyyətini yaxşılaşdırdı. Bu aslılıq üzündən Oskardakı çıxışını belə edə bilmədi. 

Qaynarinfo.az
Lalə Niftaliyeva