Avrasiya Birjalar Federasiyasının mərkəzi İstanbuldan İrəvana köçürülüb.

"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1995-ci ildə İstanbulda qurulan mərkəzin mayın 16-da Tehranda keçirilən iclasında baş ofisin İrəvana köçürülməsi barədə qərar qəbul edilib. 

Qeyd edək ki, təşkilata 33 ölkə üzvdür və bir çox ölkə bildirib ki, qurumun mərkəzinin İstanbuldan köçürülməsi sektora mənfi təsir göstərəcək. 

Onu da əlavə edək ki, Azərbaycanın yeganə fond birjası olan Bakı Fond Birjası da bu qurumun üzvlərindən biridir.  

Gülşən

Qaynarinfo.Az