Böyük Britaniyanın Bornmut şəhərində sakinlər qeyri-adi marşurutdan istifadə edirlər.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 75 yaşlı avtobus sürücüsü Keiz Börbig pensiyaya çıxdıqdan sonra keçmiş peşəsi üçün darıxdığından avtobusunun mini versiyasını hazırlayıb. Keizin ixtira etdiyi bu minik vasitəsinin uzunluğu 1,8 metr, hündürlüyü isə 1,2 metrdir. Avtobus maksimum saatda 5 km sürətlə hərəkət edir.

Keiz bu avtomobilinə insanların böyük maraq göstərdiyini və minmək üçün növbədə dayandıqlarını bildirib.