Bakıda avtobus sürücülərinin özbaşınalığı hər gün minlərlə insanın həyatını təhlükəyə atır.

Qaynarinfo.az saytına daxil olan şikayətdə 4 nömrəli marşrut sürücülərinin özbaşınalıqları qeyd olunub. Vətəndaşın sözlərinə görə, 99-JK-297 marşrutun sürücüsü sürət həddini aşmaqla yanaşı, siqaret çəkir və avtobusu idarə edərkən telefonla danışır. Dəfələrlə şikayət olunsa da, də bir xeyri olmur.


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Müraciətimizi "141 xidməti"nin əməkdaşı Lamiyə xanım dinlədi. Qurum rəsmisi şikayətin araşdırılacağı və 15 iş günü ərzində sayta nəticə haqqında məlumat veriləcəyini bildirdi.


Lalə Niftaliyeva

Qaynarinfo.az