"London İmperial College" Xərçəng Araşdırma Mərkəzinın rəhbəri professor Dr. Mustafa Camgöz dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən xərçəngin müalicəsinə yeni bir baxış bucağı qazandıran dərmanın dəyərləndirmə müddətinin bitdiyini açıqlayıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən bildirir ki, illərdir xaricdə bu iş üzərində çalışan professor toplantıda iştirak etmək üçün yollandığl Qaziantepdə verdiyi açıqlamada, xərçəng hüceyrələrinin çox hiyləgər və buqələmun kimi şəkil dəyişdirə bilən formasının olduğunu vurğulayıb.

Bu hüceyrələrin bir müddət müalicə alandan sonra müqavimət göstərə biləcəyini deyən Camgöz, bu çərçivədə xərçəng hüceyrələrinin dağılmasını və təkrar yaranmamasının qarşısını alan dərmanın üzərində işlədiklərini deyib.

Laboratoriyada işlədikləri müddətdə xərçəng hüceyrələrində elektrik siqnallarını araşdırdıqlarını, bunların da onlara yeni mexanizimlər göstərdiyini deyən Camgöz "Biz bu xəstəliyin üzərində təsiri ola biləcək dərman hazırlayırıq. Dərmanın xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan özəlliyi var. Biz xərçəngi yox etmək yerinə, onunla yaşaya bilmək üçün konsepsiyasını öyrədirik. Dərman artıq kliniki dəyərləndirmə mərhələsini tamamlayıb. İlk olaraq döş xərçəngi üzərində təcrübə aparılacaq". 

Professor hazırladıqları dərmanı "3 neqativ" adlı hormona döş xərçəngi üzərində təcrübə edəcəklərini qeyd edib. 30 faiz təkrarlanma dərəcəsi olan xərçəngin bu növündə dərman vasitəsilə onun yayılmasının qarşısını alacaqlarını deyirlər. 

Prof. Dr. Mustafa Camgöz xroniki xəstəliklərdə olduğu kimi xərçəng xəstəliyində də yaşam tərzinə diqqət edilməli olduğunu vurğulayıb. C vitamini, sarı kök və D vitaminin qəbulu xərçəngdən qoruyucu mexanizma yaratdığını deyən professor, bu məsləhətlərin mümkün qədər hər kəsin həyata keçirməli olduğunu qeyd edib.

Lalə 

Qaynarinfo.Az