Hacıbala Abutalıbovun hər dəfə bəh-bəhlə gözəlliyindən danışdığı, günü-gündən çiçəklənir dediyi Bakı həqiqətən də sürətlə inkişaf edir. Köhnə həyət evləri göydələnlərlə əvəzlənir, nəhəng ticarət və əyləncə mərkəzləri tikilir, paytaxtımız böyük idman yarışlarına və digər beynəlxalq layihələrə ev sahibliyi edir və s.

Amma bir də Bakının digər üzü var. Məsələn, yağışdan sonra sel sularının ağuşuna aldığı, keçilməz dağ çaylarına bənzəyən küçələri... Və birdə zibillikləri...

Günü-gündən inkişaf edən, böyük yarışlara ev sahibliyi edən Bakının zibillik dərdi illərdir həll olunmur. Şəhərin ətraf əraziləri bir yana, paytaxtın mərkəzində belə zibil yeşikləri vaxtında boşaldılmır, ətraf ifunət qoxuyur. Düzdü, bu görüntünün yaranmasında aidiyyatı qurumlar qədər vətəndaşlarımız da günahkardır. Bəzən bir metr irəli gedib zibili qutuya atmaq zəhmətinə qatlaşmayıb onu yerə atmağı belə özümüzə rəva görürük. Və nəticə budur. Zibil iyi qoxuyan, milyonlarla həşaratın "at oynatdığı" Bakı küçələri...

Nərmin Həsənli 

Qaynarinfo.Az