Dünyanın ən yüksək zirvəsi olan Everstdə bu günə qədər 250-dən çox cəsədin tapıldığı iddia edilir.

"Qaynarinfo" zirvədə çətin hava şəraiti səbəbindən həyatını itirən 10 insanın həyat hekayəsini təqdim edir:

Zirvə məsafəsini ölçməkdə yol göstərici hesab olunan "Yaşıl botlar"


1996-cı ildə zirvəni fəth etmək istəyən hind alpinist Tsevanq Palkor qorxunc bir qar fırtınası səbəbindən həyatını itirib. Geydiyi yaşıl rəngli botlarına görə "Yaşıl botlar" adlandırılan Palkorun cəsədi 2014-cü ildə tapılaraq daha alçaq bir yerə gətirilib.

Yatmış gözəl Frensis Arsentiyevin son saatları


Frensis və əri Sergey Arsentiyev Everesti fəth etmək istəyən alpinistlərdən olub. Frensis oksigen balonundan istifadə etmədən zirvəyə qalxan ilk amerikalı qadın olmaq istəmişdi. İki uğursuz cəhddən sonra nəhayət zirvəyə çıxmağı bacarır, lakin müvəffəqiyyətini qeyd edə bilmir. O, huşunu itirməyə başladığı vaxt 2 başqa alpinistlə qarşılaşır və onlardan kömək istəyərək ağlayır. Alpinistlər onu xilas etməyə çalışsalar da, buna nail ola bilmir və onu orada qoyaraq, geri dönmək məcburiyyətində qalırlar.

Mübahisəli ölümü - Devid Şarp


2006-cı ildə ingilis alpinist Devid Şarp "Yaşıl botlar"ın olduğu yerdə istirahət etmək üçün dayanır. Başını dizlərinin üstünə qoyan Devid bir daha oyana bilmir. Onun ölümü dünyada çox müzakirə edilib. Çünki 40-dan çox alpinist Şarpın xırıltısını eşitsələr də, kömək etməyiblər. Zirvəyə ilk çatan Edmund Hillari bu acı hadisə ilə bağlı belə deyib: "Bir insanın həyatı hansısa zirvəni fəth etməkdən daha önəmlidir".

Bəlkə də Everest tarixini dəyişdirəcək adam - Corc Mellori


Zirvəyə 1924-cü ildə qalxan Mellorinin cəsədi 75 il sonra tapılıb. Onun zirvəyə çatıb-çatmadığı məlum deyil. Əgər zirvəyə çatdığı sübut edilə bilsəydi Everestə çıxan ilk insan olaraq tarixə düşəcəkdi. Onun yıxılaraq beyin travması alması səbəbindən öldüyü iddia edilir.

Everestdə ölən ilk qadın - Hannelora Şmats


1979-cu ildə sərt şaxta səbəbindən həyatını itirən alman alpinistin son sözlərinin "Su... su" olduğu söylənilir. "Alman qadın" olaraq anılan Şmatsın çiyin çantasına söykənərək oturması gördüyünüz formada donmasına səbəb olub.

Zirvə səyahətindəki ingilis pilot Moris Uilson


Uilson Corc Mellorinin uğursuz cəhdini gerçəkləşdirdiyi yerdən zirvəyə çıxa biləcəyinə inanırdı və 1934-cü ildə bunu həyata keçirmək istəyərkən qar fırtınasına düşərək həyatını itirir. Ölümündən sonra alpinistin çiyin çantasından səyahət macərasını yazdığı gündəliyi tapılıb.

İstəyinə nail olan və gülümsəyərək dünyadan köçən alpinist - Marko Siffredi


2002-ci ildə Marko və dostu qar skeyti ilə 12 saata zirvəyə çıxmağı bacarır. Zirvədə özünü çox yorğun hiss etdiyini deyən Markonun son sözləri "Yorğunam... Çoxlu qar... çoxlu hərəkət..." olur və bundan sonra üzündəki gülümsəmə ilə həyatla vidalaşır.

1996-cı il Everest faciəsində ölən Yasuko Namba