Tehranda törədilən teraktlara cavab olaraq İran höküməti Suriyadakı İŞİD terrorçularını hədəf alaraq raket zərbələri endirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bununla Tehran ilk dəfə öz torpaqlarından atdığı raketlərlə Suriyada hücum təşkil etmiş olub. Hadisə nəticəsində çox sayda terrorçunun öldüyü bildirilir.

Qeyd edək ki, İŞİD 7 iyun Məclis binasına və Hümeyn türbəsinə edilən hücumları öz üzərinə götürmüşdü.

Gülşən

Qaynarinfo.Az