Serbiya prezidenti Aleksandr Vuçiçin homoseksual qadın Ana Brnabiçi baş nazir təyin etməsi ölkədəki siyasi qüvvələr tərəfindən narazılıqla qarşılanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, homoseksuallığın xəstəlik, problem hesab olunduğu ölkədə müxalif liderlər Ana Brnabiçin kabinetinə səs verməyəcəklərini bildirib.

İqtidar nümayəndələrinin də etiraz etdiyi bu təyinat hakim partiya nümayəndələri tərəfindən də etirazla qarşılaşıb. Siyasi böhranın Serbiyada iqtidar koalisiyasının dağılmasına səbəb olacağı belə ehtimal olunur.

Gülşən

Qaynarinfo.Az