Türkiyə əsgər birliklərinin ilk qrupu Qətərə çatıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Qətər körfəzində böhran başlayandan sonra Türkiyə Qətərdə hərbi məşqlər təşkil etmək barədə qərar qəbul etdi. Bu məşqlərdə iki ölkə müdafiə potensialını sınaqdan keçirəcək. 

Qeyd edək ki, 5 iyunda bir çox ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə günahlandırıb sərhədləri bağladı və diplomatik əlaqələri kəsdi. Türkiyə isə bu qərarı yanlış adlandıraraq Qətərə dəstəyini nümayiş etdirdi.

Gülşən

Qaynarinfo.Az