Müğənni, "Eurovision-2011"in qalibi Nigar Camalın dünən DYP işçiləri haqqında yazdığı status sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Belə ki, müğənninin "DYP - axır zamanlar çox qudurub. Daha susmaq istəmirəm" cümlələri ilə başlayan statusuna DYP tərəfindən münasibət də bildirilib. 

"Qaynarinfo" məsələnin hüquqi tərəflərini araşdırıb. Bununla bağlı müraciət etdiyimiz hüquqşünas Kamandar Nəsibov bildirdi ki, müğənni bu sözlərinə görə həbs oluna bilər: 


"Qudurmaq sözü məna baxımından heyvanlara deyiləcək ifadədir. Əgər bu ifadə konkret insana ünvanlanarsa, bu təhqir sayılar və əks tərəfin müraciəti əsasında təhqirə yol verən şəxs qanunla məsuliyyətə cəlb oluna bilər. İndiki halda DYP bu məsələyə necə münasibət bildirəcəyini və məhkəmədə iddia qaldıracağını dəqiq deyə bilmərəm. Ancaq iddia qaldırılarsa, müğənniyə cərimə tətbiq oluna və ya azadlıqdan məhrum etməyə qədər gətirib çıxara bilər". 

Nərmin Həsənli

Qaynarinfo.Az