Hindistanta havayolu şirkəti "Jet Airways" 10688 metr yüksəklikdə doğulan uşağa ömürlük pulsuz təyyarə bileti verəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, havayolu şirkətində ilk dəfədir belə hadisə baş verir. 

Qeyd edək ki, hər il dünyada ən az 5 körpə təyyarədə dünyaya gəlir. Hamilə qadınların təyyarəyə minməsi üçün 28 həftədən sonra həkim icazəsi lazımdır. 

Ən son təyyarədə dünyaya gələn uşağa ömürlük pulsuz bilet verəcəyini "Air Asia" şirkəti demişdi.

Gülşən

Qaynarinfo.Az