Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkü atılıb. "Qaynarinfo" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Qəbələ", "İnter" və "Zirə"nin rəqibləri də müəyyənləşib.

I təsnifat mərhələsində çıxış edəcək "İnter" Serbiyanın "Mladost" klubuna rəqib olub. Eyni mərhələdən yarışa başlayacaq debütant "Zirə" Lüksemburqun "Differdanj" klubunu sınağa çəkəcək.

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qəbələ" "Yagelloniya" (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"İnter" "Mladost"u keçsə, növbəti mərhələdə "Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" isə "Differdanj" səddini keçəcəyi halda Rumıniya "Astra"sına rəqib olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

29 iyun - 6 iyul

Mladost (Serbiya) - İnter (Azərbaycan)

Zirə (Azərbaycan) - Differdanj (Lüksemburq)

II təsnifat mərhələsi

13-20 iyul

Qəbəbələ (Azərbaycan) - Yagelloniya (Polşa)//Dinamo (Batumi, Gürcüstan)

Mladost (Serbiya)//İnter (Azərbaycan) - Fola (Lüksemburq)//Milsami (Moldova)

Zirə (Azərbaycan)//Differdanj (Lüksemburq) - Astra (Rumıniya)

Qaynarinfo.Az