Ürək xəstəliklərinin qarşısının alınması üçün təkmilləşdirilən xolesterini aşağı salan iynələr siçanlar üzərində uğurla sınaqdan keçirildikdən sonra insan üzərində də sınanmağa başlanılıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Vyana Universitetinin tibb fakültəsidə 72 könüllü üzərində sözügedən iynənin təhlükəsizlik sınaqları aparılıb. Sınaqların ilk mərhələsi bu ilin sonuna qədər yekunlaşacaq.

Xolestrin iynəsi insult, tonzillit və infarkta qarşı gündəlik olaraq qəbul edilən dərmanlara alternativ olaraq hazırlanıb.


Tədqiqatçı alim Günzer Stafler iynənin təhlükəsiz və kifayət qədər effektli nəticə verdiyini öyrənmək üçün sınaqların illərlə davam etdirilə biləcəyini deyib.

"Dərman 6 ay ərzində satışa çıxarılsa belə bu, insanların idmanla məşğul olmaması və yağlı yeməklərdən uzaq durmaması üçün bəhanə olmamalıdır", - deyə o, bildirib.

Xolestrin iynəsi PCSK9 adlı proteinə qarşı bədənin müqavimətini gücləndirəcək. Belə ki, bu protein xəstəlik daşıyıcısı olan lipoprotein xolestrininin qanda toplanmasına səbəb olur. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, həmin dərman 12 ay içərisində bu proteinin səviyyəsini 50 faiz aşağı salıb və damarlarda xolestrinin yığılmasının qarşısı alınıb.

Çingiz

Qaynarinfo.Az