Eşqi "Sahilsiz bir dəniz, boşluqda bir ümman", aşiq olan insanı isə həsrətə dözən səbirli biri kimi görən Mövlanə, öz həyatını "Xamdım, bişdim, yandım" deyə təsvir edir.

Mövlanə Cəlaləddin Rumi 1207-1273-cü illərdə hazırda Əfqanıstanın sərhədləri daxilində yerləşən Bəlx şəhərində anadan olub. Monqol yürüşləri zamanı Rumu bürüyən mistizim qara dalğa kimi şimaldan enərək Anadolunu tutan Hacı Vəli Bektaşi, İbn Ərəbi, Yunus Əmrənin təsiri olduğu bir dövrdə Anadoludan gəlib Konyada məskən salıb.

"Qaynarinfo" Ruminin eşqlə bağlı 10 deyiminitəqdim edir:

1. Könül xan deyil, dərgahdır. 

Necə gəldi girib çıxmaq günahdır. 


2. Hər kimin yaxası eşqə görə parçalanmışsa, o hirsdən və ayıbdan təmizlənib. Kimdə eşq həyəcanı yoxdursa, o qanadsız qalmış bir quş kimidir. Heyf ondan! Ey bizim sevdası gözəl eşqimiz, Şad ol!


3. Torpaq bədən eşqindən göylərə qalxdı, Dağ belə eşqdən rəqs etməyə başladı. Eşq bağının sonu yamyaşıl, ucu bucağı yox, Orda qəmdən və sevincdən başqa çox meyvələr var!


4. Eşq məhkəməyə bənzəyir, cəfa çəkmək isə şahidə. Şahidin yoxdursa, uda bilməzsən. Hər nə qədər sözlə izah etmək olsa da, dilə gətirmədiyin eşq daha parlaqdır.


5. Eşq mötəbər ərlərə görə gəmiyə bənzəyir. Gəmiyə minən insan nadir hallarda bir Afətə aşiq olar, çox vaxt eşqindən imtina edir. Amma eşqin yüzlərlə nazı, ədası var. Eşq yüzlərlə nazdan sonra əldə olunar.


6. Eşq vəfalı olduğu üçün, vəfalı olanı satın alar. Vəfasız adama baxmaz belə. Eşqin 500 qanadı var. Hər qanad ərşdən yerin altına kimi bütün kainatı tutur.


7. Dedilər ki: Gözdən uzaq olan, könüldən də uzaq olar. Dedim ki: Qəlbə girən gözdən uzaq olsa nə olar.


8. Ey könül, atəş üçün külək nə isə, eşq üçün də ayrılıq odur. Kiçik olanı öldürür, böyük olanı daha da gücləndirir. Bunu bil ki, ey könül, eşq atəşdən bir dənizi, şamdan olan qayıqla keçməkdir. Yanıb kül olmasan, əsla o dənizi keçə bilməzsən.


9. Yorulacaq, zorlanacaq, şikəyət edəcək, "kaş ki"lərə sığınacaq, sözə "amma" deyə başlayacaqsansa, girmə eşq yoluna... Uğrunda fədakarlıq edə bilmədiyin sevgini, ürəyinə daşıyıb yük etmə. 


10. Eşq qismət işidir, hesab işi deyil. Eşq fədakarlıqdır, axtarış deyil. Sən özünü ona həsr etmiş və onun uğrunda yanmısansa, eşq səndən uzaqda deyil!


Lalə Niftaliyeva 

Qaynarinfo.az