Sofiya adı verilən robot Britaniyanın "Sabahın xeyir, Britaniya" verilişində çıxış edib.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, aparıcıların suallarına cavab verən Sofiya böyük marağa səbəb olub. Londonu bəyəndiyini, memarlığını, Britaniya aksentini çox sevdiyini deyən Sofiya romantik münasibət üçün hələ çox cavan olduğunu bildirib.

"İdeal sevgili çox ağıllı, dahi, özünə inanan biri olmalıdır" deyən Sofiya bildirib ki, sevgilisinin danışmaqdan çox qulaq asmağını istəyir. O, "Səncə, robotlar dünyanı idarə edəcək" sualına "Ümid edirəm ki, robotlar və insanlar birlikdə dünyanı daha yaxşı vəziyyətə gətirəcək" cavabını verib. Sifət mimikaları olan robot aparıcıların böyük təəccübünə səbəb olub və bir qədər qorxulu olduğunu deyiblər.

Qeyd edək ki, Sofiyanın gözünə kamera yerləşdirilib. 60-dan çox emosiyanı sifətində canlandıran robot Devid Hanson tərəfindən britaniyalı aktrisa Oudri Hepherndən ilhamlanaraq yaradılıb. Keçən il Cenevrədə sərgidə iştirak edən Sofiya "İnsanları öldürəcəksən" sualına müsabət cavab versə də, sonradan zarafat etdiyini demişdi.

Gülşən

Qaynarinfo.Az