İngiltərədə yaşayan Linda Baranovski arıqlamaq üçün istifadə etdiyi kremlər və qəbul etdiyi dərmanlara görə həyatını itirib.  


İngiltərə vətəndaşı 50 yaşlı Linda 50 kiloya düşmək məqsədilə internetdən arıqlama dərmanı və selülit kremi sifariş edib. 4 uşaq anası dərmanları qəbul etməyə başladıqdan sonra şiddətli dərəcədə mədə ağrıları başlayıb. 

"Qaynarinfo" "Mirror"a istinadən bidirir ki, bu dərmana görə həyatını itirənlərin sayı hər gün artmaqdadır. Polis məhsulu satan şirkətlə bağlı araşdırmalar başladıb. 


Baranovskinin qızı anasının 50 kiloya düşməyi qarşısını məqsəd qoyduğunu və bu məqsədinin xəstəliyə səbəb olduğunu deyib. Selülit kremini istifadə etməyə başlayan qadının ayaqlarında göyərmələr əmələ gəlməyə başlayb, dərisi "pul-pul" olaraq tökülüb. Ailəsinin təkidinə baxmayaraq dərmanları istifadə etməyi dayandırmayan qadın bir müddət sonra huşunu itirərək yerə yıxılır. Xəstəxanaya aparılan Baranovski 5 həftəlik mübarizədən sonra həyatını itirib. 


Nərmin Həsənli

Qaynarinfo.Az