Psixoloji və fantastik filimlərdə ən çox müraciət olunan mövzu psixopatlardır. Psixopat deyəndə gözümüzün qarşısında ağıla gələn ilk şey izlədiyimiz filmlərdə olduğu kimi hər an öldürməyə hazır olan, qanlı paltarlarla gəzən insan sürəti canlanır. Ruhsal xəstəliyə sahib insanların günahkar olaraq təqdim olunması çox yayılmış bir vəziyyətdir. 

Əslində bu cür insanlar DSM 5-ə (Ruhsal Pozuntuların Diaqnostik və Statistik Kitabı) görə "Antisosial şəxsiyyət pozulması"na sahibdirlər. Lakin psixopat sözü psixolojiya sahəsində zənn edildiyi qədər çox işlənən söz deyil. O sözün yerinə xəstənin sahib olduğu xüsusiyyətlərə istinad verilir. 

"Qaynarinfo" psixopatların 10 önəmli özəlliyini təqdim edir:

1. Empatiya qura bilməmək


Bu cür insanlar başqa insanların nə hiss etdiyini anlaya bilir, amma eyni duyğuları hiss etmir. Siz onun yanında ağlaya bilərsiniz və sizə qarşı mərhəmətli davarana bilər, lakin bunu həqiqətən duyğusal empatiya qura bildiyi üçün etmirlər.

2. Başqalarını öz mənfəətlərinə uyğun istiamətləndirmə


Hər zaman basmalı olduqları doğru düyməni bilirlər. Başqalarının düşüncələrini yönəltmək üçün hiyləyə əl atır və öz mənfəətlərinə görə onların düşdüyü vəziyyətdən narahat olmurlar.

3. Məsuliyyətsizlik


İmpluslarına görə davranmaq və məsuliyyətsizlik əsas xüsusiyyətlərindən biridir. Səhvlərini qəbul etmir, hətta onları tənqid edən insanlarla bütün əlaqəni kəsirlər. 

4. Narsistlik


Özlərini hər zaman daha ağıllı, güclü və dəyərli görürlər. Onlar üçün ən önəmli insan özləridir. Dünyanın onların ətrafında döndüyünü düşünürlər. 

5. Patoloji yalançılıq


Tez-tez yalan danışmağa meyillidirlər. Bütün münasibətlərində yalandan uydurulmuş hekayələr var. Təhlükəsiz yalanlar danışsalar da, bunun əksi də ola bilir.

6. Səthi cazibə


Utancaq olmurlar. Bəyəndikləri bir şeyi deməkdən və etməkdən qorxmurlar. Davranışları başqalarının diqqətini çəkir ki, bu da özündən əmin olmaq kimi anlaşılır. 

7. Peşman olmamaq


Başqalarına zərər verə biləcək davranışlarına görə günakarlıq hissi keçirmirlər. Ən qabarıq özəlliklrindən biri peşman olmamaqlarıdır. 

8. Darıxmağa meyillilik


Şişirdilmiş şəkildə adrenalinə ehtiyacları olur. Gündəlik həyat onlar üçün çox darıxıdırıcıdır. Hər an həyəcan və gərginlik axtarırlar.

9. Zorakılıq