Əksər İnsanlar zərərli olduğunu bildiyi halda sızanaqlarıyla oynamağa aludə olur. Məşhur ABŞ aparıcısı Oprah Vinfreyin verilişinə qonaq olan Dr. Mehmet Öz sızanaqları sıxmaq əvəzinə, başqa bir variant təklif edib: İynə ilə deşmək.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, proqramda canlı olaraq həkim maket üzərində səpkinin sadəcə ağarmış hissəsini spirtlə strelizə olunmuş iynə ilə deşməsini nümayiş etdirib. Çünki ağarmış hissənin ölü dəri olduğunu, ancaq sıxıldığında canlı toxumalara zərər verildiyini bildirib. Lakin bu zaman diqqət etmək lazımdır ki, iynə dəriyə paralel şəkildə girib çıxsın. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, barmaqla səpkilərə toxunulduğu zaman mikrop keçməsi böyük ehtimaldır. Ancaq iynə sterilizə olunduğundan heç bir təhlükə yaratmır. 


Nərmin Həsənli

Qaynarinfo.Az