İnsanın qocalmasının səbəbi məlum olub. 

"Qaynarinfo"nun xarici mətbuata istinadən məlumatına görə, alimlərin araşdırmaları nəticəsində məlum olub ki, həyat tərzi, cinsiyyət və çəki orqanizmin yaşlanmasına təsir etmir. Belə ki, insanlarda qocalma prosesi 39 yaşından sonra, yəni orqanizmdə miyelin adlı maddənin istehsalının azalması ilə başlayır.

Miyelin sinir hüceyrələrini örtərək onları müxtəlif mənfi təsirlərdən qoruyur. Orqanizmdə bu maddənin istehsalının azalması ilə insanın hərəkət və beyin funksiyaları da zəifləyir. Bundan əlavə miyelin örtüyünün zədələnməsi və dağılması skleroz kimi xəstəliklərin yaranmasına da səbəb olur.

Alimlər bu prosesin dayandırılması və miyelinin orqanizmdə istehsalının artırılması istiqamətində hazırda heç bir təkliflərinin olmadığını bildirsələr də, bu mövzu ətrafında araşdırmaların davam etdiyini qeyd edirlər. Onların fikrincə, aparılan tədqiqatlar orqanizmdə miyelinin istehsalının artırılmasında böyük rol oynayacaq.

Qaynarinfo.Az