Vaşinqtonlu alimlər radiosiqnal, yaxud işığın xarici mənbələrindən gələn mikrodalğalar sayəsində çalışan mobil telefon hazırlayıblar.

Oxu.Az-ın xəbərinə görə, qurğunun işləməsi üçün akkumulyatora ehtiyac yoxdur. Belə ki, akkumulyatorun enerjisi çox sürətlə bitir və bu da müasir smartfonların istifadəçiləri üçün böyük problem yaradır.

Mütəxəssislərin sözlərinə əsasən, bu, dünyada, demək olar ki, enerji itirməyən ilk mobil telefondur.

Cihaz artıq ilkin testlərdən keçirilib, lakin alimlər onun təkmilləşdirilməsi üzərində işlərini davam etdirməyi planlaşdırırlar.

Qaynarinfo.Az