Siyəzən rayonunda ağr yol qəzası baş verib. 

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə az öncə baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib. 

Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib. 

***

Siyəzən rayonunda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. 

"Report"un Şimal bürosu hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını öyrənə bilib:

Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü

Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü

Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü

Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü

Elçin Balabəyov - 1982-ci il təvəllüdlü 

Cavid Əzimov - 1988-ci il təvəllüdlü 

Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.

Qaynarinfo.Az