Türkiyəli rejissor Mustafa Altıoklar sosial mediada yazdığı fikirlərə görə barəsində həbs qərarı verilib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdinin ildönümündə təşkil edilən anım tədbirlərinə münasibət bildirən Altıokların yazılarını araşdırıb və rejissorun "Twitter" hesabından çevrilişin saxta olduğunu, yalan hadisəni qeyd etməyin axmaqlıq olduğunu və məqsədin manyak birini sultan elan etmək olduğunu dediyi müəyyənləşib.

Hazırda Almaniyada olan Mustafa Altıoklar açıqlama verərək bildirib ki, bu qərara təəccüblənmir, çünki Türkiyə qanunların işləmədiyi, fərqli fikirlərə dözümsüzlük göstərilən, hamını eyniləşdirməyə çalışan bir cəmiyyətə çevrilib. 

Qeyd edək ki, Altıoklar "İstanbul kanatlarımın altında", "Ağır roman", "O şimdi asker", "Emret komunatım", "Lise defteri" kimi film və serialların rejissoru olub.

Gülşən

Qaynarinfo.Az