Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var. 

"Qaynarinfo" yenicag.az-a istinadən verdiyi məlumata görə, müğənninin xalası qızı Aytac müğənninin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

“Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb”.

Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi “Mercedes Viano” maşını qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşub.

***

11.19

Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

"Qaynarinfo" big.az-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan "VAZ 21 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.

Qaynarinfo.Az