Kanadanın qərb bölgəsi olan Britaniya Kolumbiyasında günlərdir davam edən meşə yanğınlarının qarşısını almaq günbəgün çətinləşir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 162 fərqli yerdə davam edən yanğınlar "Ashcroft", "Cache Creek", "100 Mile House" və "150 Mile House" ərazilərinin ardından "Williams Lake" bölgəsini də əhatə etməyə başlayıb. Yanğın yerlərindən təxliyyə edilən insanların sayı 37 min nəfərə çatıb. 14 il əvvəl baş verən meşə yanğınında isə 50 min nəfər təxliyyə edilmişdi.

Qeyd edək ki, bu günə qədər yanğını söndürmək üçün 64 milyon dollar pul xərclənib, lakin ciddi nəticə əldə edilməyib.

Gülşən

Qaynarinfo.Az