İraq Kürd Vətənpərvərlər Birliyi İŞİD lideri Əbubəkr Əl Bağdadinin ölmədiyini iddia edir.

"Qaynarinfo" xəbər verir ki, KVB-nin terrorla mübarizə şöbəsinin rəhbəri Lahur Talabani bu barədə "Reuters"ə məlumat verib və Bağdadinin 99% ehtimalla həyatda olduğunu deyib.

İŞİD liderinin Rakkada olduğunu iddia edən Talabani bu barədə ciddi kəşfiyyat məlumatlarına sahib olduqlarını qeyd edib. Sonuncu dəfə 29 iyun 2014-cü il tarixində özünü Mosuldakı Əl Nuri məscidinin xəlifəsi elan edən Bağdadi daha sonra görünməyib.

Qeyd edək ki, may ayının sonlarında Rusiya terrorçu liderin ölümü ilə bağlı xəbər yaymış və məlumatın dəqiq olduğunu iddia etmişdi.

Gülşən

Qaynarinfo.Az