Şimali Koreyanın raket sınaqlarından sonra dünyada yaranan gərginliyi aradan qaldırmaq istəyən Cənubi Koreya görüş təklifi ilə çıxış edib və müsbət nəticə əldə edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, iyulun 21-də Şimali və Cənubi Koreyanın müdafiə nazirləri bir araya gələcək. Görüş iki ölkənin sərhəd xəttindən yerləşən Panmuncom kəndində keçiriləcək və hərbi məsələlər müzakirə ediləcək.

Panmuncom 1953-cü ildə müharibəni dayandırmaq barədə razılıqdan sonra sərhəd bölgəyə çevrilib. Kənddə hərbi qüvvələr mövcud deyil, küçə, hətta Birləş Millətlər Hərbi atəşkəs komissiyasına aid bina belə 2 hissəyə bölünüb və fərqli ölkənin əraziləri hesab edilir. Binada həm Şimali, həm də Cənubi Koreyanın əsgərləri keşik çəkir. Bir tərəf digər tərəfə əlini uzatsa, sərhəddi poza və bu müharibəyə gətirib çıxara bilər, hətta əsgərlərin qanun pozulduğu halda atəş açmaq hüququ var.

Qeyd edək ki, Cənubi Koreyanın yeni prezidenti Mun iki ölkənin yaxınlaşmasının tərəfdarıdır və artıq bu məqsədlə müvafiq addımlar atmağa başlayıb.

Gülşən
Qaynarinfo.Az