Artıq bir çoxumuz qəhvə ilə oyanıb, onunla yatmamağa vərdiş etmişik. Kimisi "double americano", kimi də zərif vanilli qəhvəni sevir. Bil Qeytsin məşhur bir sözü var: "Qəhvə içmək üçün işə getməyə dəyər". 

Lakin elə faktlar var ki, bu içki haqqında sizin təsəvvürünüzdə dəyişiklik yarada bilər.

"Qaynarinfo" həmin faktları təqdim edir:

1. Əvvəllər qəhvəni yumurta, balıq və ilan balığının dərisi ilə bir yerdə qaynadırdılar

Keçmiş zamanlarda qəhvəni insanlar əlləri ilə hazırlayırdı. Ən rahat üsul qəhvə dənələrini suda qaynatmaq hesab olnurdu. Lakin, bundan sonra onu qalıqları ilə birgə içmək məcburiyyətində qalırdılar. Buna görə də qəhvəni qalıqlardan təmizləmək üçün onu yumurta və dəniz məhsulları ilə birgə qaynadırdılar ki, az da olsa həll olsun.

2. Qəhvənin xıltından ağ şərab hazırlamaq olur


Braziliyada "Böyük Depressiya" dövründə böyük miqdarda qəhvə xıltı yığılırdı. Brazilyalılar bunu istifadə etmək üçün müxtəlif yollar fikirləşirdilər. Məsələn, onlar qəhvəni yanacağın və ətirin tərkibində istifadə edirdilər. Bundan başqa onlar, qəhvədən quru ağ çaxır hazırlayırdılar. Lakin bu çaxır baha başa gəldiyi və meyvədən hazırlanan çaxırdan daha yüngül olduğu üçün istehsalı dayandırıldı.

3. Qəhvə psixoaktiv içkidir


Çox içildiyi vaxt hallüsinasiya görə və hətta ölə bilərsiniz. Hə, ondan ölənlər olub. Əgər orta hesabla 100 fincan qəhvə içsəniz, o zaman haqqın rəhmətinə qovuşa bilərsiniz...

4. İngiltərədə qəhvə uzun müddət kişi içkisi hesab olunub


Bu ona görə belə idi ki, qəhvəni yalnız kişi klublarında satırdılar. Hər şey 1964-cü il də qadınların qiyam qaldırmasından sonra dəyişdi. Onların şikayətlərində bunlar qeyd olnmuşdu: "Qəhvə insanların boşuna vaxt və pul itkisinə səbəb olur. Hamsı da balaca fincan qara, acı, tünd, iyli və ürəkbulandırıcı içikiyə görə". Qadınlar içkiyə yox, həyat yoldaşlarının bu içkini içmək üçün klublarda uzun müddət vaxt keçirmlərinə və evə gec gəlmələrinə etiraz edirdilər. 

5. Qəhvə hər ölkədə fərqli içilir


İtalyanlar daha çox şəkər əlavə etməyi, meksikalılar isə darçınla içməyi xoşlayır. Efiopiyalılar təcrübələrə daha açıqdırlar: onlar qəhvəni duzla, morokkolular isə istiotla içir. Almanlar və içveçrəlilər isti şokoladla içdikləri halda, belçikalılar onu qəlyanaltı kimi xoşlayır. 

6. XVIII əsrin məşhur fransız filosofu Volterin ən sevdiyi içki


Ona hər zaman qəhvənin ziyanlı bir içki olduğunu desələr də, Volter "Ola bilər, amma deyəsən yavaş-yavaş öldürür. Mən artıq 60 ildən çoxdur onu içirəm" cavabını verib.

7. Neapolda qəhvəni məhkəməyə veriblər


Əczaçılar qəhvəni ofis işçilərinin "qəhvə fasilə"sinə çıxdıqları vaxt işdən yayındırdığı və iş əməyini zəiflətdiyinə görə məhkəməyə veriblər. İtaliyalı vəkil qəhvəni müdafiə edərək, sübut edib ki, qəhvə deyilənlərin əksinə olaraq, beyinin işləkliyini artırır və bədənin gücünü tənzimləyir. Qəhvə məhkəmə prosesində qalib gəlib.

8. "Americano" II Dünya Müharibəsi zamanı yaranıb


Amerikalı əsgərlər qəhvəni tünd içə bilmədikləri üçün ona su əlavə edilməsini xahiş ediblər. 

9. İlk veb-kamera da kofe üçün hazırlanıb


Kembirc Universitetinin alimləri qəhvə qabının içinə veb kamera yerləşdirirlər ki, qurtaranda bir də boş yerə qəhvə içmək üçün gedib vaxt itirməsinlər. 

Lalə Niftaliyeva
Qaynarinfo.Az