Xalq artisti, kinorejissor Vaqif Mustafayev Milli Kino Mükafatı ilə təltif olunub. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, 2 Avqust Milli Kino Günü ilə əlaqədar olaraq Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti, kinorejissor Vaqif Behbud oğlu Mustafayev Milli Kino Mükafatına (2000 manat) layiq görülüb.

Qeyd edək ki, Vaqif Müstafayev Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi bir neçə bədii filmin müəllifidir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır.

Qaynarinfo.Az