Avropa İttifaqı (Aİ) regionların inkişafı vasitəsilə iqtisadiyyatın diversifikasiyasını dəstəkləmək məqsədilə Azərbaycana yeni yardım paketi ayrılması barədə qərar qəbul edib.

Aİ-nin Mətbuat xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, 13,5 milyon avro büdcəyə malik yardım proqramı Azərbaycanın Lənkəran iqtisadi rayonunun inkişafına xərclənəcək.

Aİ-nin proqramı regionun meyvə-tərəvəz sənayesində rəqabət qabiliyyətinin və məhsulların reallaşmasından əldə olunan mənfəətin artırılmasına yönəlib.

Proqram çərçivəsində Aİ nümayəndələri birlik standartlarına cavab verən regional planlaşdırma sisteminin işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəklər. Aİ hesab edir ki, bu tədbirlər regionda biznes mühitinin yaxşılaşdırılmasına imkan verəcək və bu, son nəticədə yerli sakinlərin rifahının yaxşılaşdırılmasına töhfə verəcək.

Qaynarinfo.Az