Vidadi Bərdəlinin qızı Aytac Bərdəli erməni mahnısı oxuyub.

Müğənni plaqiatlıqla ittiham olunur. Belə ki, əslində Aytacın reperturına daxil etdiyi "Balam” mahnısının orginal versiyası 4 il bundan öncə erməni müğənni Vaçe Amaryan tərəfindən ifa edilib.

"Qaynarinfo" məsələylə bağlı müğənninin prodüseri ilə əlaqə saxladı. Nərgiz Hüseynova əvvəlcə belə bir şey olmadığını, saytların qalmaqal yaratmaq məqsədilə yalan məlumat verdiyini söyləsə də, irəli sürülən faktlardan sonra, "Əgər elə bir mahnı varsa da, illər əvvəl olmuş məsələdi. Bunu gündəmə gətirməyin mənası yoxdur. Biz bununla maraqlanacağıq və lazım olsa, hüquqlarımızı məhkəmədə müdafiə edəcəyik", - deyə əlavə etdi. 

Yeri gəlmişkən, mahnı ötən ilin yanvar ayında ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Vidadi Bərdəlinin qızı Aytac Bərdəli türk vətəndaşı ilə evlidi, 1 övladı var. 

Nərmin Həsənli

Qaynarinfo.Az