Neymarı 222 milyon avro qarşılığında rənglərinə bağlayan PSJ daha bir ulduzu heyətə qatmağa hazırlaşır.

"Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, parislilər "Monako"nun gənc forvardı Kilian Mbappeni hədəfə alıb.

Klubun qətərli sahibi Nasser əl-Xelaifi bu keçid üçün qarşı tərəfə 180 milyon avro verməyə razıdı. Paytaxt klubunun rəhbərliyi Mbappeni də Neymar kimi, şirkət vasitəsilə almağı hədəfləyir.

Qaynarinfo.Az