Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun nəvələri ilk dəfə görüntüləniblər.

"Qaynarinfo" yenicag.az-a istinadla xəbər verir ki, Kino Günü ilə bağlı keçirilən tədbirə qatılan nəvələrdən biri Xalq artisti, Rus Dram Teatrının aktrisası Ayan Mirqasımovanın yeganə övladı Ceyrandır. 17 yaşlı Ceyran bu il Bakı Rəssamlıq Akademiyasına qəbul olunub.

Xalq artisti ilə birgə tədbirə qatılan digər nəvəsi isə kinorejissorun İsraildə yaşayan qızı Rəna Mirqasımovanın övladı Rahilədir. 23 yaşlı Rahilə İsrail universitetlərindən birində regionşünaslıq ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, Oqtay Mirqasımovun iki qız övladı, üç nəvəsi var. Nəvələrdən heç biri ailə qurmayıb.

Saytımıza açıqlama verən Rahilə xalası, Xalq artisti fəxri adına layiq görülən Ayan Mirqasımovanın dəvəti ilə tədbirə qatıldığını deyib: “Xalam Xalq artisti fəxri adına layiq görülüb. Bu xəbər təntənəli şəkildə elan olundu. Xoş günündə xalamın yanındayam. Xalam və babamla qürur duyuram”.

Qaynarinfo.Az