Müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

"Qaynarinfo"nun Axşam.az-a istinadən məlumatına görə, ifaçı “Xəzər Maqazin”ə açıqlamasında hərbi xidmətdə olarkən 3 ay valideynlərindən xəbərsiz qaldığını deyib: “İlk məktubumu çox gec aldım. Fikirləşdim ki, məni evdə artıq unudublar. 3 ay məktub almadım. Komandirimə dedim, ola bilsin burda qaldım, məni evdə unudublar. 3 ay sonra ilk məktubu aldım, onu təsəvvür etmək mümkün deyil. Kağızı qoxuladım, mənə bir söz desələr partlayacaqdım. Əllərim əsə-əsə məktubu açdım, hər sətri oxuyanda dişimlə qopardıb yeyirdim. Bu həsrət idi - ana həsrəti, bacı həsrəti, doğmalarımın həsrəti”.

Nadir ona borclu olan dostlarının bostanına da daş atıb: “9 yaşımdan mahnılar oxuyurdum. Sovet dövründə hər kişinin qazanmadığı pulu gətirirdim evə - 120 rubl. Mən pulu o dərəcədə xərcləmirəm ki, sonra gedib kimdənsə borc alım. Nə borc almağı, nə də borc vevməyi sevirəm. Əziyyətlə qazandığım pulu sizə verdim ki, qaytarmayasanız? Mən o pulu halallıqla qazanmışam. Elə edin ki, onun halallığını sizə verim. Özü də çoxları dostlarımdır, qoy eşitsinlər”.