Rusiyalı məşhur tennisçi Yevgeni Kafelnikovun model qızı Alesya Kafelnikova fotosessiyaya çəkilib.

"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, 18 yaşlı Alesya bikinidə və gəlinlik paltarlarında kameralar qarşısına keçib.

Çernoqoriyada çəkilmiş fotoları Alesya sosial media hesabında yerləşdirib. 

Qeyd edək ki, ötən il "Fashion New Year Awards" müsabiqəsində ilin modeli seçilən Kafelnikova yaşıdlarından gözəlliyi ilə fərqlənir.

Hazırda “Elite“ beynəlxalq agentliyində çalışan Yevgeni Kafelnikovun varisi Alesya məşhurluğuna görə atasını da geridə qoyub.

Qaynarinfo.Az