Seymur BAYCAN

Çoxumuzun hətta ən yaxın, ən doğma adama belə söyləyəcəyimiz sirrimiz var. Biziəağrıdan odur ki, bu sirlərdə günah notları ağırlıq təşkil edir. Bəs nə etməli, harada, kimin qarşısında tövbə etməli? Maya-kovski demişkən:

Nə yoxsuldu dünyanın
söz emalatxanası!
Lazım olan bir sözü
Kimdən, ya hardan alaq?

Ən münasib çıxış yolu yaxşı əməllərləətövbə etməkdir. Günahın böyüklüyü vicdanın həssaslığıyla ölçü-lür. Günahın böyüklüyü vicdanın həssaslığınaəmünasibdir. Vicdan nə qədər həssasdırsa, günah da bir o qədər böyükdür. Əgər insan deyilən bir varlıqda vicdan yoxdursa, o, günah hissinin də nə olduğunu bil-məyəcək. O, özünü bir az da haqlı hesab edərək, insanlığa yaraşmayan hər cür hərəkəti edə biləcək. Əgər insan deyilən bir varlığın vicdanı həssasdırsa, o, hətta keçmişdə törətdiyi yüngülvari zorakılığı da özünə dərd edəcək.
Vudi Alenin bir filmi var. Filmdə deyilir ki, insanın nə qədər cəza alması önəmli deyil, əsas odur ki, insan özü özünü günahkar hesab etsin. İnsan özü bağışlanmağı üçün vasitələr axtarsın.

 ***

Bəzi ağır sualların çox sadə cavabı var. Sadəcə, insan ağır suallaraəsadəəcavablar aldıqda bununla razı-laşmır, daha ağır mətnlərdə öz suallarına cavab axtarır. Sadə mətnləri elə gərginliklə oxuyur ki, ən sadə mesajları belə tuta bilmir. Biz fikrimizi ifadə etmək üçün başqa mətnləri köməyə çağırmaq məqsədiylə axtarışa çıxanda daha çoxəsadə mətnlərlə rastlaşırıq. "Robinzon Kruzo", "Qulliverin səyahəti", "Mauq-li"... Dəb və forslanmaq üçün oxuduqlarımızı çətinliklə tapırıq. Eqomuz imkan vermir ki, ağır sualların sa-də cavabları ilə kifayətlənək. Yaş ötür və bunu dərk etdikdə isə daha gec olur. Həyatın da elə ən ağır tə-rəflərindən biri odur ki, məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Ќəyin düz, nəyin səhv, nəyin savab, nə-yin günah olduğunu dərk edincə baxırsan ki, ömrün yarısı getdi.
Axtardığımız yanımıdadı, amma biz onu görmürük. Buyurun, hind yazıçısı, Ќobel mükafatı laureatı Taqor sadə dillə yazılmış bir hekayəsində bu məsələnin bədii həllini verib. Sadə dillə yazılmış bu kiçik hekayə-nin məna ağırlığı ölçüyəgəlməzdir.
Ölüm qədər arıq, kilkə saçlarını toz basmış, dodaqları tutqun qəlbi kimi möhkəm qısılmış, gözləri öz dişi-sini axtaran işıldaquşsayağı yanan azğın bir sərsəri iksir daşı axtarırdı.
Qarşısında ucu-bucağı görünməyən dəniz uğuldayırdı. Gurultulu dalğalar ara vermədən gizlin xəzinələr-dən danışıb, onların dilini anlamayan bu nadana gülürdü.
Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış onun hə-yatının yeganə qayəsi olmuşdu.
Okean ağuşuna daim irişilməz səmaya açan kimi. Ulduzlar irişilməz həddə çatmaq üçün daim dövr etdik-ləri kimi.
O da, kilkə saçlarını toz basmış o divanə də tənha sahillərdə veyllənə-veyllənə, iksir daşı axtarırdı. Bir dəfə bir kəndli uşaq ona yaxınlaşıb soruşdu:
- Söylə görüm, belindəki bu qızıl zənciri haradan tapıbsan?
Divanə diksindi, - bir zaman dəmirdən olan həmin zincir doğrudan da dönüb qızıl olmuşdu; bu, yuxu de-yildi, amma o divanə bu dəyişikliyin nə vaxt baş verdiyini duymamışdı. O, vəhşi bir hərəkətlə əllərini ba-şına apardı, - Of, necə olmuşdu, necə olmuşdu ki, özü də bilmədən belə bir müvəffəqiyyətə nail olmuş-du?
O, artıq vərdiş etmişdi, - yerdən daşları qaldırıb, zəncirə toxundurur və bir dəyişiklik olub-olmadığına heç baxmadan, daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm tapmış, həm də itirmişdi.
Günəş qüruba enir, göy üzünü başdan-başa zər bürümüşdü.ə Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən qopardılmış bir ağac kimi puç olmuş bir halda itirdiyi xəzinəni yenidən axtarmağa başla-dı.

 * * *


Bir az cəsarətli olsaq və sadə cavablardan qorxmasaq görərik ki, "Tanrı nədi?" sualına ədəbiyyatda "Tan-rı vicdandır" cavabını tapa bilərik. Məhz vicdan və mərhəmət hissini daima oyandırmaqla, qıcıqlandır-maqla ədəbiyyat zəifləri güclülərdən qorumağa cəhdlər edib. Buna görə vicdan hissini önə çəkən əsər-lər zaman-zaman asanlıqla dövriyyəyə girir.
Knut Hamsun deyirdi ki, yazıçı yazmaqla daima tövbə edir. Əlbəttə, bunu bütün əsərlərə şamil etmek olmaz. Lakin elə əsərlər dəəvar ki, insan onları oxumaqla da bir növ tövbə etmiş olur. Bu əsərlər heç ol-masa, bizim vicdan limitimizi bir balaca qoruyur, bəzən də artırır. Düzdü, oxumuş qatillər də var. Buna görə Conatan Svifi deyirdi: "Pozulmuş şüur yırtıcı insan kütlüyündən daha pisdi".
Amma işin başqa tərəfi də var. Lyosa deyir: "Əgər ədəbiyyat insanlarda hətta azadlığın illuziyasını yarat-sa belə, bunun özü diktatorlar üçün çox qorxuludu".
Dəqiq ifadədi. Elə buna görə də zora söykənmiş bütün sistemlər ədəbiyyatı nəzarət altında saxlamağa çalışıblar. Sözü mühasirəyə alıblar. Bunun nəticəsidir ki, ədəbiyyat digər sahalərə nisbətən daha çox itki verib. Sürgünlər, həbslər, edamlar, işgəncələr, intiharlar...
Söz imperiyalar yaradıb, söz imperiyalar çökdürüb. Hansı din, hansı sistem sözə zorakılıqla cavab verib-sə, nufuzunu itirib. Sözə zorakılıqla cavab verən sistemin, dinin, hər hansı təşkilatın yaxşı reputasiyası ola bilməz.


***


"Azadlıq nədir?" sualını eşidəndə həmənəŞarl De Kosterinə"Ulenşpigel əfsanəsi"əəsərindən bir məqa-mı xatırlayıram. Aşağıdakı cümlələr mənim üçün "Azadlıq nədir?" sualına verilmiş ən sadə və ən gözəl cavablardan biridir.ə Deməli, uşaq evə girmiş quşu tutub qəfəsə salmaq istəyir. Birdən atası onu səslə-yir:
- Sən nə atılıb-düşürsən?
- O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
- Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qə-fəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Son-ra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istədiyi vaxt istidə və kölgədə otura bilsin.

reytinqinfo.az