“Vaqif müəllimin durumu açığını desək, yaxşı deyil. Beyni ilə bağlı problemlər azalıb. Amma ürəyinə hələlik heç bir müdaxilə olunmayıb. Ürəklə bağlı sadəcə, bir neçə dərman atır”.

"Qaynarinfo" xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Bu barədə Tamam xanım danışır:

“Keçən ilin bu vaxtı biz onu Türkiyəyə aparanda beyninin vəziyyəti ürəyinə müdaxiləyə imkan vermədi. Ona görə də keçən il ancaq beyindəki problem barədə tədbirlər görüldü. Artıq bir il tamam olacaq. Ötən il avqustun 10-da beynindən əməliyyat olundu. Ürəyini saxladılar ki, beyni ilə durum qənaətbəxş olsun. İndi isə havalar elə istidir ki, biz ora gedə bilmirik. Mən keçən aydan bəri Vaqif müəllimdən xahiş edirəm ki, özünü toparlasın və biz də gedə bilək. Həm ürək, həm də beyin həkimləri ilə avqustun 3-nə vaxt təyin etmişdim. Amma Vaqif müəllim gedə bilmədi. Məcbur qalıb, təyin olunan vaxtları ləğv etdirdik. Güman edirik ki, bu isti havalar sərinləsin, biz normal şəkildə gedə bilək”.

Qaynarinfo.Az