Hər fotosu ilə gündəm yaradan cazibədar aktrisa Pərvin Abıyeva bu dəfə də fərqli geyim tərzi ilə diqqət çəkməyi bacarıb.

"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, idman üslubunda və qismən açıq-saçıq olan geyim aktrisanın cazibədarlığını daha artırıb. “Sport geyimim, bunu çox bəyəndim” -, deyən Pərvin “Porsche” markalı bahalı avtomobili ilə poz verib.


Qeyd edək ki, aktrisa bir müddət öncə açıqlamasında avtomobilinin qiymətinin 90 min manat olduğunu bildirib. Avtomobilin ona sevgilisi tərəfindən hədiyyə olunduğu deyilir.

Qaynarinfo.Az