Gürcüstan Xarici İşlər Naziriliyi Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib.

"Qaynarinfo" xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Naziriliyinin bəyanatında bildirilir.

Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir ki, Rusiya prezidentinin separatçı bölgəyə səfəri  beynəlxalq qanunvericiliyi pozub: "XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”.

Qaynarinfo.Az