Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı bilinmir. "Qaynarinfo" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan açıqlama verib.

"Hələlik Serj Sarkisyan və İlham Əliyevin görüşü haqda konkret məlumat yoxdur" deyə erməni XİN başçısı bildirib.

Nalbandyan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla sentyabrda ABŞ-ın Nyu-York şəhərində görüşəcəyini deyib. 

Qaynarinfo.Az