Tezliklə!  Smart Owl - Uşaqların erkən inkişafı mərkəzi  məktəbəqədər (3+) və məktəbyaşlı uşaqlar üçün  tam fərqli və innovativ  STEAM proqramı ilə fəaliyyətə başlayır. 

STEAM nədir? S- science/elm, T- technology/texnologiyalar, E-engineering/mühəndislik, A-art/incəsənət, M-mathematics/riyaziyyat. 

Müasir dünyada bu sahələrə tələbat sürətlə artır. Məhz bu səbəbdən STEAM, dünyada əsas təhsil trendi kimi inkişaf etməkdədir. Burada təhsil bütün bu beş sahənin vahid bir tədris sxeminə interqrasiyasına əsaslanır.

STEAM  bizim uşaqlarımızı – gələcəyin ixtiraçılarını, yenilikçilərini və liderlərini,  alim kimi tədqiqat aparmağa, texnoloq kimi modelləşdirməyə, mühəndis kimi konstruksiyalaşdırmağa, sənətkar kimi yaratmağa, riyaziyyatçı kimi analitik düşünməyə və uşaq kimi əylənməyə ilhamlandırır. 

Biz, bir qrup yaradıcı insan, mühəndis, müəllim, riyaziyyatçı,  sizin uşaqlarınız üçün bilgi və yaradıcılığın, müasir texnologiyaların, elmi eksperimentlərin və ixtiraların möcüzəli dünyasını kəşf edəcəyik.  

Tezliklə bizim mərkəzin qapıları gələcəyin qurucuları olan uşaqların üzünə açılacaq! 

Uşağınızı gələcəkdə  dəqiq elmlər sahəsinin mütəxəssisi,  ixtiraçı, proqramçı,  robot mühəndisi və başqa müasir peşələrdə görmək istəyirsinizmi? O zaman, SMART OWL – uşaqların  erkən inkişafı mərkəzini seçin. Hər şeyin bünövrəsi uşaqlıqdan qoyulur. 

Gələcəyin alim və ixtiraçılarını, müasir dünya tələbləri ilə ayaqlaşa bilən mütəxəssislər yetişdirmək sizin arzunuz, bizimsə missiyamızdır!

SMART OWL-uşaqların erkən inkişafı mərkəzində 3-4 yaş; 4-5 yaş; 5-6 yaş + məktəbə hazırlıq qruplarına qəbulaartıq  start verilib. 

Hər bir uşağa fərdi yanaşmanı təmin etməkçün qrupların həcmi kiçik nəzərdə tutulub. 8-10 nəfərlik hər qrupda uşaqlar, gündəlik olaraq 4 saat STEAM proqramına əsasən dərslər alacaqlar. 

Məktəbyaşlı  uşaqlar üçün də müxtəlif maraq klubları fəaliyyətə başlayır. Məktəblilər dərsdən sonra vaxtlarını bizim klublarda faydalı və əyləncəli şəkildə keçirə biləcəklər. 

Klublarımız:

ELMİ LABORATORİYA

ART STUDİYASI

İXTİRAÇI KLUBU

“NATIONAL GEOGRAPHICS" KLUBU

MENTAL RİYAZİYYAT

ROBOT MÜHƏNDİSLİYİ KLUBU

YOQA, KAPOEYRA,RƏQS,

DRAM KLUBU, VİDEO, FOTO, SƏSYAZMA STUDİYASI, KİNOMOTOQRAFİYA KLUBU,

VOKAL-MUSİQİ STUDİYASI,

MƏKTƏBƏ HAZIRLIQ,

UŞAQLARIN ERKƏN İNKİŞAFI.


Mərkəz, Bakının mərkəzi məkanlarından birində, Şamil Əzizbəyov 185 ünvanında yerləşir.

Bizimlə əlaqə:

Ünvan: Azərbaycan, Bakı,  Şamil Əzozbəyov küçəsi 185.

Telefonlar:  +994 50 2996080; +994 50 2998060

E-mail: admin@smartowl.org