Bürclərə inanıb-inanmamaq hər bir insanın özünə bağlı olan məsələdir. Hər halda, astrologiya dünya tərəfindən qəbul olunmuş elmdir və böyük əksəriyyət astroloqların verdiyi proqnozlara inanır, hətta bir çoxları gündəlik həyatını bürclər üzərində qurur.  

"Qaynarinfo" dünyanın bəzi ölkələrini idarə edən liderlərin doğulduğu bürclərlə bağlı araşdırma aparıb. Nəticələri təqdim edirik:


1. Azərbaycan prezindenti İlham Əliyev 24 dekabr 1961-ci ildə Oğlaq bürcünün himayəsində dünyaya gəlib.


2. Şimali Koreya prezidenti, verdiyi qərarlarla tez-tez dünyanın gündəminə gələn Kim Çen İn də Oğlaq bürcündə doğulub. O, 8 yanvar 1984-cü ildə dünyaya gəlib.


3. Almaniya prezidenti Frank-Valter Şteynmayer də Oğlaq bürcünün nümayəndəsidir. Prezident 5 yanvar 1956-cı ildə doğulub.


4. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 26 fevral 1954-cü ildə Balıqlar bürcü altında dünyaya gəlib. 


5. Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə Tərəzi bürcünün himayəsi altında doğulub.


6. Ukrayna prezidenti Pyotr Porroşenko ən böyük düşməni Vladimir Putin ilə eyni - Tərəzi bürcündəndir. O, 1965-ci ilin 26 sentyabrında dünyaya göz açıb.


7. İran İslam Respublikasının prezidenti Həsən Ruhani 12 noyabr 1948-ci ildə doğulub. Əqrəb bürcüdür. 


8. Fransa prezidenti Emanuel Makron 21 dekabr 1977-ci ildə dünyaya gəlib və Oxatan bürcünün nümayəndəsidir. 


9. İsrail prezidenti Reuven Rivlin Qız bürcünün nümayəndəsidir. O, 9 sentyabr 1939-cu ildə doğulub. 


10. Və son olaraq seçildiyi ilk gündən gündəmi zəbt edən ABŞ prezidenti Donald Trump 14 iyun 1946-cı ildə Əkizlər bürcünün himayəsi altında dünyaya göz açıb.


Bürclərin siyasətçilərin həyatına təsirlərini öyrənmək üçün astroloq Səbuhi Rəhimliyə müraciət etdik. Astroloq olduqca maraqlı faktlar açıqladı: 

"Astrologiyada ən siyasi bürc Buğa, Şir və Oxatan hesab olunur. Bu bürc altında doğulanlar dünyanın siyasi arenasını dəyişə biləcək potensialda olurlar. Məsələn, Adolf Hitler, Səddam Hüseyn, Mustafa Kamal Atatürk, 2-ci İohann Pavel və Heydər Əliyev Buğa bürcünün nümayəndəsi olub. Ancaq hazırki siyahıda hakim bürclərin nümayəndəsi olan insanlar yoxdur. 

Məsələn, Qoç bürcü də siyasi baxımdan güclü hesab olunur. Ancaq onlar daha çox hüquqi idarəetmələrdə uğur qazanırlar. Azərbaycanda Ramil Usubov və Ramiz Mehdiyev Qoç bürcünün nümayəndəsidir. O ki qaldı oğlaq bürcünə, bu bürcün nümayəndələri daha çox humanist olur, siyasətdə və hakimiyyətdə çox da güclü hesab edilmirlər. Amma təbii ki, bu halda Oğlaq bürcünün nümayəndələri yaxşı siyasətçi, idarəçi ola bilməz demək düzgün deyil. Çünki keçilən həyat dərsləri, dünyagörüşü kimi faktlar var.

Siyahıya baxsaq, Putinin tərəzi bürcü yəni, romantik olduğunu görərik. Romantikliyinə görə də Rusiya prezidentinin qəti qərarları yoxdur. Bir gün baxırsan ki, Türkiyə ilə qardaşdı, səhəri gün düşməndir. Amerika prezidenti Donald Tramp Əkizlər bürcüdür. Ancaq Amerikada hansı bürcdə doğulmağın çox da önəmi yoxdur. Çünki orada qərarları İdarəetmə İnstitutu verir. Əkizlər bürcündən tarixdə ən böyük şəxsiyyətlər isə І Pyotr, Türkiyə tarixində isə Tansu Çillər olub”. 

Nərmin Həsənli

Qaynarinfo.Az