Tanınmış şair, 14 şeir kitabının müəllifi Yafəs Türksəs ağır xəstədir.

Şairin "Qaynarinfo"-ya verdiyi açıqlamaya görə, onda hələ ötən ilin aprel ayında Hepatit B virusu aşkarlanıb.

"Hələ ötən ilin aprel ayında Respublika Gigiyena və Epidomiologiya Mərkəzində aparılan analizlər nəticəsində qara ciyərimdə Hepatit B virusu aşkarlandı. Bu müddət ərzində maddi vəziyyətimin ağırlığı üzündən müalicə ala bilməmişəm. Səhhətim getdikcə ağırlaşır. Dərmanlar hədsiz bahadır, müalicə almasam, daha ciddi fəsadlar olacaq. Dəstəyə ehtiyacım var".

Qeyd edək ki, Yafəs Türksəs Cəbrayıl rayonundandır və məcburi köçkün düşəndən Bakıda yaşayır.


Qaynarinfo.Az