Azərbaycanlı təqaüdçü müəllim 71 günə İstanbula getdi.

“ARB TV” xəbər verir ki, 71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir. 

Abid İsmayılov (səyahətçi): "Şəkərin nə olduğunu mən bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm".

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir.

Qaynarinfo.Az