Dünyanın ən yaşlı şəxsi olan Yisrael Kristal dünən 113 yaşında dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, I dünya müharibəsində valideynlərini, yəhudi soyqırımında isə 2 uşağını və həyat yoldaşını itirən Kristalın 114 yaşının tamam olmasına 1 ay qalmışdı. 2016-cı ildə Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı şəxsi adı verilən Yisrael həyatının bir hissəsini Polşada keçirib, 1950-ci ildə İsrailə köçüb. Əsirlikdə olan zaman 37 kiloya düşən Yisrael Kristal bildirmişdi ki, "məndən daha ağıllı, güclü və yaraşıqlı adamlar var idi, lakin heç biri həyatda deyil, uzunömürlülüyümə nəyə borclu olduğumu bilmirəm".

Ölümündən sonra İsrail mətbuatına danışan Kristalın qızı Şula atasının çəkdiyi əzab və çətinliklərə baxmayaraq çox pozitiv biri olduğunu deyib.

Gülşən

Qaynarinfo.Az