“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.  

"Qaynarinfo" klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bilet satışının ilk günündə artıq 15 mindən çox bilet satılıb.

Qeyd edək ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satılır.

 Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

Qaynarinfo.Az