Əgər sosial şəbəkələrdən ayrıla bilsəniz, vaxtınızı səmərəli keçirə biləcəyiniz maraqlı internet səhifələri tapacaqsınız. Kompüterin başından ayrılmadan çox şey öyrənmək mümkündür. Düşünürük ki, bu internetin ən yaxşı xüsusiyyətlərindən biridir. Sizə fərdi inkişaf üçün olan 10 faydalı vebsayt təqdim edirik:

Faydalı bacarıqlar qazanmaq

4brain saytında bir çox mövzu ilə bağlı kurslar, məqalələr və kitablar toplanmışdır. Öz məntiqi düşüncənizi, yaddaşınızı, sürətli oxuma qabiliyyətinizi inkişaf etdirin və sizə uyğun olan yeni bacarıqlar qazanın. Öz nailiyyətlərinizi “Şəxsi kabinet”də izləyə bilərsiniz.

İngilis dili öyrənmək

LinguaLeo - oyunlar vasitəsilə dil öyrənməyə kömək edən əvəzsiz xidmətdir. Bütün mobil vasitələrə uyğundur və istədiyiniz hər zaman istifadə edə bilərsiniz. Hər şey çox sadədir: öz fərdi tədris planınızı tərtib edin, tapşırıqları yerinə yetirin və nailiyyətlərinizdən xəbərdar olun.

Cizgi filmi hazırlamaq

Bir çoxunuz uşaq olarkən şəkillər çəkir, sonra onları tez-tez vərəqləyərək, sanki hərəkət edirlərmiş kimi təsəvvür yaratmısınız. Multator xidməti sizə bir neçə kadr çəkib, öz cizgi filminizi hazırlamaqda kömək edəcək. Bu heç də çətin deyil, çəkdiyiniz əvvəlki şəklin cizgiləri yeni şəkil hazırlayarkən sizə yardımçı olacaq.

Öz beynini işlətmək

Boostbrain saytında maraqlı oyunlar vasitəsilə düşünmə sürətinizi, diqqətinizi və yaddaşınızı inkişaf etdirin. Öz uğurlarınızı qeyd edin və başqaları ilə yarışın. Öz beyninizi məşq etdirin.

Gitarada ifanı öyrənmək

Guitarprofy saytında yeni başlayanlarla bərabər, öz bacarığını inkişaf etdirmək istəyənlər üçün də bir çox məlumat yerləşdirilib. Burada siz gitarada ifanı sərbəst şəkildə öyrənə, bir çox musiqilərin akkordlarını tapa, yenilər üçün çoxlu məsləhət əldə edə bilərsiniz.

Sürətli mətn yazmaq

Mətn yığımını sürətləndirmək üçün bir çox vasitə var. Klavoqonki bunların içində ən əyləncəlilərdən biridir. Burada sizə və digər iştirakçılara müəyyən mətn və məhdud zaman verilir. Mətni ilk və səhvsiz bitirmək lazımdır.

Rəsm çəkməyi öyrənmək

Əgər məktəb dövrünüzdəki rəsm dərsi sizin rəssamlığa olan bütün həvəsinizi öldürübsə –web-paint saytı sizə yeni ümid bəxş edəcək. Yeni başlayanlar üçün pilləli dərs karandaşla rəsm çəkməyin əsaslarını öyrənməkdə kömək olacaq. Müəyyən vaxt sonra isə daha çətin texnikaları öyrənə bilərsiniz.

Mühazirə kursu dinləmək

Universarium saytında istənilən mövzuya uyğun bir çox kurs tapa bilərsiniz. Seçim sadəcə sizin məqsədiniz, istəkləriniz və boş vaxtınızdan asılıdır. Riyaziyyat, kimya, iqtisadiyyat, hətta incəsənət tarixi kimi istədiyiniz qədər fənni öyrənə bilərsiniz. Bütün bunlar ödənişsizdir.

İlham almaq

İngilis dilində olan 500px ISO saytında dünyanın fərqli guşələrindən olan fotoqraflar şəkillərin çəkilmə tarixi haqqında danışır və öz fikirlərini bölüşürlər. Burada həmçinin şəkil redaktəsi ilə bağlı master-klasslar və istənilən şəkli şedevr edəcək xırda hiylələri tapa bilərsiniz.

Günəş sistemi ilə bağlı daha daha çox məlumat əldə etmək

Öz dəqiqliyi ilə fərqlənən “Joshworth saytı“ kainatın miqyasını dərk etməkdə kömək olacaq. Siçanın düyməsini hərəkət etdirərək bir planetdən digərinə səyahət edəcəksiniz. Hazırlaşın, səyahət uzun olacaq!

Qaynarinfo.Az

Mənbə: pahoo.az